Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb
Tbilisi, 9 sentyabr, AZƏRTAC
Gürcüstanın Quriya bölgəsində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Güclü leysan yağışları nəticəsində Quriya bölgəsində yaranmış torpaq sürüşməsi 3 nəfərin ölümünə səbəb olub. Ölənlərin 2-si azyaşlı, 1-i isə 80 yaşlı qadındır. Onların olduqları ev tamamilə torpaq altında qalıb.
Torpaq sürüşməsi nəticəsində daha bir neçə ev torpaq altında qalıb, yollar və körpülər, kommunikasiya xətləri dağılıb.
Xilasetmə dəstələri hadisə yerində çalışır və insanlar təhlükəsiz ərazilərə köçürülür.
Qeyd edək ki, sentyabrın 8-də Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Agentliyi sentyabrın 12-dək ölkə ərazisində güclü leysan yağışlarının yağacağı, bunun nəticəsində sel təhlükəsi və torpaq sürüşməsinin aktivləşəcəyi barədə əhaliyə xəbərdarlıq edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]