Gürcüstanda uzun illərdir qeydiyyata alınmayan məscidlərlə bağlı problemlər həll olunacaq
Tbilisi, 26 iyun, AZƏRTAC
“Gürcüstanda uzun illərdir qeydiyyata alınmayan məscidlərlə bağlı problemlər həll olunacaq. Hökumət ölkədəki bütün qeydiyyatsız məscidləri qanuniləşdirməyi planlaşdırır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışında deyib.
Onun sözlərinə görə, ölkənin müsəlman icmasını narahat edən digər cari məsələlərin də həlli nəzərdə tutulub.
Müsəlman icması ilə dostluq münasibətlərinin olduğunu vurğulayan İ.Qaribaşvili deyib: “Müsəlmanlara göstərdiyim dəstək sayəsində konkret nəticələr əldə etmişəm. İlk dəfə baş nazir olduğum dövrdə müsəlman icmasına yalnız sözdə deyil, əməldə də maksimal dəstək göstərmişəm. Onlar üçün çox işlər görmüşəm və bunu davam etdirəcəyəm”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]