Gürcüstanda yağan güclü yağışlar Marneulidə ciddi fəsadlar törədib
Tbilisi, 2 iyun, AZƏRTAC
Gürcüstanda yağan güclü leysan yağışları azərbaycanlılar yaşayan Marneuli rayonunda ciddi fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, Marneuli rayonu ərazisindən keçən Algeti çayı daşıb. Rayon mərkəzi, Marneuli bazarı, küçə və prospekt su altında qalıb, eləcə də rayonda və Algeti kəndində evlərə su dolub.
Təbii fəlakət ölkənin bir sıra bölgələrində də ciddi fəsadlar törədib. Kutaisi, Rustavi və digər şəhərlərə də ciddi ziyan dəyib.
Yağış, həmçinin paytaxt Tbilisidə fəsadlar törədib. Kür çayında suyun səviyyəsi artıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi