Gürcüstandakı Azərbaycan vətəndaşları ölkəmizin Tbilisidəki səfirliyində səs verirlər
Tbilisi, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Azərbaycanın Gürcüstandakı səfirliyində prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov səsvermənin başlanması ilə əlaqədar məlumat verib. Diplomat seçicilərə uğurlar arzulayıb, onları Azərbaycanın xoşbəxt gələcəyi naminə səs verməyə dəvət edib.
Səfirliyin foyesində seçici siyahıları asılıb. Bununla yanaşı, seçki komissiyasının üzvləri səfirliyə gələn vətəndaşları əlavə qeydiyyata alıblar. Sonra səfirliyin əməkdaşları, eləcə də bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin - SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” və digərlərinin nümayəndələri, Tbilisidə yaşayan, habelə hazırda Gürcüstan ərazisində xidməti ezamiyyətdə olan Azərbaycan vətəndaşları, eləcə də bu ölkənin müxtəlif ali məktəblərində təhsil alan tələbələr səfirlikdə təşkil olunmuş seçki məntəqəsində səsvermədə iştirak ediblər.
Qeyd edək ki, hazırda səfirlikdə 557 nəfər qeydiyyatdadır.
Səsvermə Bakı vaxtı ilə saat 19:00-da başa çatacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]