Gürcüstanın ana müxalifət partiyasının ləğvi məsələsi təxirə salınıb
Tbilisi, 15 aprel, AZƏRTAC
Gürcüstanın ana müxalifət partiyası hesab olunan “Vahid Milli Hərəkat” partiyasına (VMHP) oktyabrda yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərdə iştirak etməyə icazə verilib. Bununla da VMHP-nin ölkə konstitusiyasına zidd elan edilməsi və ləğvi prosesi təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze məlumat verib. Onun sözlərinə görə, bu qərar müvəqqəti xarakter daşıyır. Yəni, hakim partiya seçkilərdən sonra VMHP-nin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə yenidən müraciət edəcək.
M.Mdinaradze deyib ki, gürcü xalqı yerli idarəetmə orqanlarına keçiriləcək seçkilərdə agent partiyalara layiqli cavab verməlidir. Daha sonra “Gürcü Arzusu” faktlara əsaslanan iddia hazırlayacaq və həmin faktlar “Kollektiv Milli Hərəkat”ın qadağan edilməsi üçün əsas olacaq.
Qeyd edək ki, VMHP 2001-ci ildə hazırda həbsdə olan sabiq prezident Mixeil Saakaşvili tərəfindən yaradılıb. Partiya 2004-2012-ci illərdə Gürcüstanın hakim partiyası olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]