Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyi ermənilərin vandalizm hərəkətləri ilə əlaqədar bəyanat yayıb
Tbilisi, 17 aprel, AZƏRTAC
Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması və əsir düşmüş azərbaycanlı əsgərlərimizə qarşı qeyri-insani hərəkətlər Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyi (GAJB) tərəfindən qətiyyətlə pislənilir.
GAJB-nin sədri, Azərbaycanın Əməkdar Jurnalisti, Gaxa.ge portalının baş redaktoru Nizami Məmmədzadə AZƏRTAC-a bildirib ki, ermənilərin bu vandalizmi jurnalistlər tərəfindən müzakirə olunub və sonda bəyanat qəbul edilib.
Bəyanatda deyilir ki, Gürcüstanda yaşayan və fəaliyyət göstərən jurnalistlər dəfələrlə bəyan ediblər və bu gün də vurğulayırlar ki, Azərbaycan dünyada həmişə nümunəvi, praqmatik, təmkinli və sülhsevər siyasət yürüdən bir dövlət olub və bu gündə belədir.
Biz jurnalistlər Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq tədbirlərdə, həmçinin, müxtəlif təşkilatlar qarşısında etdiyi çıxışlarını həmişə diqqətlə izləmişik. Onun hər çıxışında Azərbaycanın sülhsevər olduğunu vurğuladığının şahidi olmuşuq. O, hər çıxışında qeyd edib ki, Azərbaycan əmin-amanlığı, sülhü dəstəkləyən tarixi bir ölkədir.
Lakin, təəssüf hissi ilə qeyd edirik ki, ermənilər tarixən azərbaycanlılara və türklərə qarşı nifrət ruhunda yaşayan bir millətdir. Onların bu nifrəti qanlarına keçib. Ermənilər həmişə yaşadıqları yerlərdə hərc-mərclik yaradıb, onların üzündə riyakarlıq, düşmənçilik, yaltaqlıq və qorxaqlıq olub. Ermənilər tariximizə ləkə yaxıb, mədəniyyətimizi, tarixi abidələrimizi uçurub, yox edib. Bütün dünya bunları eşidir və görür.
Sənəddə qeyd olunur ki, son günlər Ermənistan ərazisində baş verən hadisələr də bunu bir daha sübut edir. Azərbaycan əsgəri düşmənlə üzbəüz vuruşub və böyük şücaətlə 30 il işğal altında olan torpaqlarını azad edib, silahlarını atıb qaçan, əllərini qaldıran yüzlərlə əsir düşmüş erməni əsgərlərini əsir götürüb. Bütün dünya şahiddir ki, Azərbaycan Silahlı Qüvvələri, qəhrəman komandir və əsgərlərimiz heç vaxt əsirlərə işgəncə verməyib, onlarla qeyri-insani rəftar etməyib.
Biz jurnalistlər bu günlərdə dumanlı hava şəraitində yolu azan Azərbaycan əsgərləri Naxçıvanla Ermənistan arasındakı sərhəd ərazisində ermənilər tərəfindən əsir götürüblər. Azərbaycan əsgərlərinə verilən işgəncə, cəza, əzab-əziyyət, onlara edilən qeyri-insani, qəddar rəftar biz jurnalistlərdə də nifrət oyatdı. Ermənistan dəfələrlə “Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasını pozub və bunu KİV-lər də təsdiq edib. Ermənistan tərəfinin dəfələrlə həyata keçirdiyi qəddarlığa, zorakılığa, əzab-əziyyətə baxmayaraq Azərbaycan tərəfi döyüşlərdə əsir götürdüyü silahlı erməni əsirlərini həmişə Ermənistana qaytarıb. Bu xeyirxah addımı ilə Azərbaycan dünya dövlətləri arasında humanitar və sülhsevərliyini təsdiq edib. Təəssüf ki, Avropa İttifaqı, beynəlxalq təşkilatlar Azərbaycan dövlətinin həmişəki kimi bu sülhsevərliyinə hüquqi qiymət verməyiblər. Bu xeyirxah addımları Ermənistan heç vaxt müsbət qarşılamayıb, əksinə bu günlərdə İrəvanda yarışlara qatılmaq istəyən azərbaycanlı idmançıları düşməncəsinə qarşılayıblar və Azərbaycan bayrağını yandırıblar.
“Biz Ermənistan tərəfinin bu vandalizm aktını, qeyri-etik hərəkətini qətiyyətlə pisləyir və Azərbaycan bayrağını yandıran idmançını, İrəvanda keçirilən beynəlxalq yarışın təşkilatçılarına layiqli cəza verilməsini, Ermənistanın Azərbaycandan rəsmən üzr istəməsini tələb edirik” - deyə, bəyanatda vurğulanır.
N. Məmmədzadə eyni zamanda bildirib ki, gürcüstanlı jurnalistlər yarışlarda qızıl medal alan və qələbəsini Azərbaycana həsr edən Türkiyə atletlərini, tədbirdə “İstiklal Marşı”nın səsləndirildiyi zaman bütün zalı ayağa qalxmağa məcbur etmələrini alqışlayır və qardaş Türkiyəmizə daha böyük uğurlar arzulayırıq.
Qeyd edək ki, Gürcüstanda yaşayan azərbaycanlı icma nümayəndələri, QHT təşkilatları, ziyalılar, bu ölkədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalistlər GAJB-nin qəbul etdiyi bəyanata dəstək verdiklərini bildiriblər.
Tbilisi