GÜRCÜSTANIN AZƏRBAYCANLI MƏKTƏBLİLƏRİ UNUDULMUR
Bu günlərdə Borçalıda yaxşı tanınan, buradakı bütün soydaşlarımızın yaxın dostu Aslan Aslanov onların məktəbli övladlarına xeyli dərslik göndərib. Bununla əlaqədar Bolnisi rayonunun Zol-güyəş kənd orta məktəbində tədbir keçirilib. Tədbirdə Gürcüstan Təhsil Nazirliyinin, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorluğunun nümayəndələri, digər məktəblərin müəllim və şagirdləri iştirak etmişlər. Tədbirdə məktəbin dərs hissə müdiri Qəhrəman Mirzəyev, kənd məclisinin sədri İsmayıl Məmmədov və başqaları ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən, Gürcüstan azərbaycanlılarını unutmayan, onlara qayğı və diqqətini əsirgəməyən İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Onlar Azərbaycanda keçirilmiş parlament seçkilərini diqqətlə izlədiklərini, Yeni Azərbaycan Partiyasının inamlı qələbəsinə ürəkdən sevindiklərini də vurğulamışlar.