Gürcüstanın Baş naziri NATO-nun Baş katibi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
Tbilisi, 21 fevral, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.
NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən görüşdə Gürcüstanın Avro-Atlantik inteqrasiyası və digər məsələlər diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Hökumət Administrasiyası məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər NATO-Gürcüstan münasibətlərinin gündəliyini müzakirə edib, inteqrasiya istiqamətində atılan addımları ümumiləşdirib və gələcək əməkdaşlıq üçün konkret planları müzakirə ediblər. Qara dənizdə və Cənubi Qafqazda təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub. Bu kontekstdə ümumi Avro-Atlantik təhlükəsizliyin təmin edilməsində Qara dəniz regionunun sabitliyinin vacibliyi vurğulanıb.
Baş nazir və Alyansın Baş katibi regionda, həmçinin dünyada mürəkkəb təhlükəsizlik mühitini, mövcud problemlərin həlli yollarını müzakirə ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]