Gürcüstanın Baş Prokurorluğu təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edəcək
Tbilisi, 7 oktyabr, AZƏRTAC
Gürcüstan Baş Prokurorluğu 13 nəfəri strateji və xüsusi əhəmiyyətli obyekti ələ keçirməyə və blokadaya almağa cəhddə, həmçinin qrup şəklində zorakılıqda iştirakda ittiham edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın baş prokurorunun müavini Amiran Quluaşvili bu gün keçirdiyi brifinqdə məlumat verib.
Quluaşvilinin sözlərinə görə, prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edəcək.
Qeyd edək ki, oktyabrın 4-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı iğtişaşlar törətməkdə şübhəli bilinən 13 nəfəri saxlayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]