Gürcüstanın hakim partiyası "Xarici təsir agenti "haqqında qanun layihəsini geri götürüb
Tbilisi, 9 mart, AZƏRTAC
Gürcüstanın hakim partiyası 'Xarici təsir agenti" haqqında qanun layihəsini parlamentdən geri qaytarıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası və parlamentdəki "Xalqın gücü" birliyi birgə bəyanat yayıblar.
Bəyanatda deyilir ki, qanun layihəsi ətrafında cərəyan edən siyasi proseslərlə bağlı “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası, “Xalqın gücü” siyasi şurası və parlament çoxluğunun üzvləri arasında məsləhətləşmələr aparılıb və layihənin cəmiyyətdə fikir ayrılıqlarına səbəb olduğu qənaətinə gəlinib. Qanun layihəsinin geri çağırılması barədə qərar qəbul olunub.
"Biz idarəedici güc olaraq cəmiyyətin hər bir üzvünə borclu olduğumuz xüsusi məsuliyyətlə hərəkət edirik. Gürcüstan sülh və sabitliyi qoruyub saxlayacaq və Avropaya doğru ləyaqətlə irəliləyəcək. Bu, Gürcüstan cəmiyyətinin prinsipial seçimidir", - deyə bəyanatda bildirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]