Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib
Hacıqabul, 1 mart Mahir Babayev, AZƏRTAC
Hacıqabulda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Toyota” markalı avtomobilin aşması nəticəsində Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Ayxan Hüseynov hadisə yerində ölüb. Qəza nəticəsində xəsarət alan daha 4 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onlardan biri -1983-cü il təvəllüdlü Mətləb Yusifov xəstəxanada vəfat edib.
Avtomobildə olanların hamısının bir ailənin üzvləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.