HACIQABULDA ÖLÜMLƏ NƏTİCƏLƏNƏN YOL-NƏQLİYYAT QƏZASI BAŞ VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, Hacıqabul rayonunun Muğan kəndi ərazisində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Həmin kəndin sakini Qoşqar Babayevə məxsus “VAZ-21011” markalı və Akif Qafarovun idarə etdiyi “MAZ” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, Q.Babayev hadisə yerində ölmüş, xəsarət almış sərnişini - Elçin Quliyev xəstəxanaya yerləşdirilmişdir.
Sumqayıt şəhərinin Koroğlu küçəsində isə şəhər sakini Elbrus Quliyev idarə etdiyi “Mercedes” markalı avtomaşınla Məcid Əhmədovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş M.Əhmədovun həyatını xilas etmək mümkün olmamışdır.
Hər iki faktla bağlı cinayət işi başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]