Hakimlərin təlim-tədris prosesinin təşkili üzrə İşçi Qrup yaradılıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Şuradan bildirilib.
Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və hazırda icraatda olan layihələr barədə məlumat verib.
İclasda “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası” və “Azərbaycan Respublikası məhkəmələri tərəfindən xüsusi məlumatların verilməsi Qaydaları” layihələri ətrafında müzakirələr aparılıb və təsdiq edilib. “Hakimlərin təlim-tədris prosesinin təşkili üzrə İşçi Qrup”un yaradılması qərara alınıb.
Eyni zamanda, intizam icraatlarının başlanılması və kadr məsələləri ilə bağlı müvafiq qərarlar da qəbul edilib.