HAVA NƏQLİYYATI İLƏ SƏRNİŞİN DAŞINMASININ SAYI ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşınması 11,1 faiz artaraq 1 milyon 22 min nəfər təşkil etmişdir. Bunun 6 faizi qeyri-dövlət bölməsinin payına düşmüşdür.