“Hayduk” – “Qəbələ” matçını sloveniyalı hakimlər briqadası idarə edəcək
Bakı, 11 sentyabr, AZƏRTAC
Futbol üzrə UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ” klubunun turnirin birinci mərhələsinin ilk oyunu çərçivəsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirəcəyi qarşılaşmanın hakimləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 12-də, Bakı vaxtı ilə saat 19:00-da Xorvatiyadakı “Poljud” stadionunda keçiriləcək oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi David Smayts olacaq. Ona David Qabrovets və Tomaj Tserne köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Ante Terziç (Xorvatiya) yerinə yetirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]