Bakı, 24 yanvar, AZƏRTAC
Hazırda paytaxt yollarında vəziyyət normaldır, sıxlıq müşahidə olunmur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda yollardakı vəziyyət nəzarət altında saxlanılır və bununla bağlı sürücülər mütəmadi məlumatlandırılacaq.