Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həkim-infeksionist: Yoluxma sayının stabil olması ölkəmizdə karantin rejimi çərçivəsində atılan addımların nəticəsidir

Həkim-infeksionist: Yoluxma sayının stabil olması ölkəmizdə karantin rejimi çərçivəsində atılan addımların nəticəsidir

Bakı, 30 avqust, AZƏRTAC

Xüsusi karantin rejimi çərçivəsində son günlər müşahidə edilən yoluxma dinamikası ölkəmizdə koronavirus xəstəliyinin nəzarət altında olduğunu göstərir. Virusa gündəlik yoluxanların sayı 100-200 nəfər arasında dəyişir. Bəzi bölgələrdə, məsələn, Masallı, Salyan, Mingəçevir, Yevlax, Gəncə, Goranboy, Göygöl və Xaçmazda yoluxma sayı əvvəlki vaxtlara nisbətən xeyli azalıb. Buna görə də həmin bölgələr artıq “sarı zona” adlandırıla bilər. Ümumilikdə isə ölkə ərazisində yoluxma dinamikası stabil və nəzarət altındadır.

Sərhədlərin, tədris müəssisələrinin, vətəndaşların kütləvi toplandığı yerlərin bağlanması yoluxmanı nəzarət altına almaq üçün dövlət tərəfindən atılan çox doğru və uğurlu bir addım idi. Bu gün əldə edilən nəticələr də məhz həmin vaxt atılan addımların nəticələridir.

Bu fikirləri AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda yoluxma sayı ölkə əhalisinin 0,3 faizini təşkil edir. COVID-19-a yoluxanlar arasında ölüm faizi 1,5-1,6 faiz təşkil edir: "Həmin rəqəmi dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə etsək, İngiltərədə 16, İtaliyada 14, İranda 6 faiz olduğunu görərik. Əldə edilən bu göstəriciyə xəstəliyin gedişi, ağırlaşma halları və müalicəsi ilə əlaqədar dünya təcrübəsinə operativ şəkildə yiyələnib onun tez bir zamanda tətbiq edilməsi sayəsində nail olmaq mümkün olub. Burada xəstələrin müalicəsində lazım olan bütün avadanlıqlar, dərman və tibbi ləvazimatların vaxtında təminatının da rolu böyükdür. Həmin tədbirlərin görülməsində gecikən ölkələrin ağır epidemioloji vəziyyətlə üzləşdiyini gördük.

Virusa yoluxma üçün 10-15 təmasa ehtiyac yoxdur. Üç-dörd dəqiqəlik bir təmas yoluxma baş verməsi üçün yetərlidir. Yoluxma vətəndaşların məsuliyyətsizliyi ilə yanaşı, maariflənmə istəyinin azlığı ilə də əlaqədardır. Şəxsi müşahidələrimə görə, xəstəlik haqqında kifayət qədər məlumatlı olanların və onların yaxın ətraflarının virusa yoluxma faizi digərlərinə nisbətən daha azdır. Bu, onu göstərir ki, bu sahədə maariflənmə çox böyük əhəmiyyət daşıyır. Virusa yoluxmaq ehtimalı ilə hər yerdə üzləşməyin mümkünlüyünü qətiyyən unutmaq olmaz. İnsanların evdən kənarda, yəni, ictimai nəqliyyatda və vətəndaşların toplandığı məkanlarda şəxsi və respirator gigiyenaya əməl etdiklərinə, maska taxdıqlarına şahid oluram. Lakin qohumlar bir yerə toplananda çox vaxt bu qaydalara əməl etməyi unudurlar. Sanki onlarda qohumların virus daşıyıcısı olmadığı və yoluxdura bilmədiyi təəssüratı formalaşır. Azərbaycanda ailədaxili yoluxmalar çox qeydə alınırdı. Bunun başlıca səbəbi insanların öz yaxınlarını virus təhlükəsi kimi görməməsi idi. Halbuki qaydalara istisnasız olaraq hər kəsin və hər yerdə əməl etməsi yoluxmaların qarşısını ala bilər".

Həkim-infeksionist bildirib ki, payız-qış mövsümü virus mənşəli respirator xəstəliklərin, eləcə də bakterial mənşəli respirator xəstəliklərin artdığı bir mövsümdür: "Təbii ki, pandemiya dövründə qarşıdan gələn həmin mövsüm daha çox narahatlıq doğurur, çünki respirator xəstəliklərin əlamətləri bir-birinə çox yaxındır. Həmin xəstəliklər nəticəsində qızdırma, öskürək və halsızlıq kimi əlamətlər müşahidə olunur. Burada ən vacib tədbir sosial məsafənin gözlənilməsi və qoruyucu tibbi maskanın taxılmasıdır. COVID-19 xəstəliyinə qarşı tətbiq olunan qaydalara ciddi əməl olunması respirator xəstəliklərə yoluxma riskini xeyli azaldacaq. Həmin qaydalara əməl olunması səhiyyə sisteminin yüklənməsinin və dövlət qurumlarının fəaliyyətinin ləngiməsinin qarşısını alacaq.

COVID-19-la əlaqədar bütün dünyada, o cümlədən Azərbaycanda seroloji testlərin tətbiqinə başlanılıb. Könüllülük prinsipi əsasında həyata keçirilən skrininqlərlə əlaqədar indiyədək 300-ə yaxın test alınıb və onlardan 200-ü işlənib. Həmin skrininqlər Gəncə və Sumqayıt şəhərlərində də aparılacaq. Burada əsas məqam digər respirator xəstəliklərlə COVID-19 infeksiyasını ayırd etməkdir. Buna da öncədən COVID-19 infeksiyasına yoluxduğuna dair seroloji test nəticəsi müsbət olanlar kömək edəcək. Belə ki, xəstəliyi keçirən və seroloji test nəticəsi müsbət olan xəstələrdə payız-qış mövsümündə digər respirator əlamətlər olduqda COVID-19 deyil, digər xəstəliklərlə əlaqədar müalicə aparılacaq.

Seroloji testlər ölkədə əhali arasında immunitet səviyyəsini öyrənməyə kömək edəcək. Testlər 18 yaşdan yuxarı vətəndaşlar arasında aparılır. Lakin irəlidə hədəf qrupları və bölgələrə görə testlərin aparılması davam edəcək. İndiyədək dövlətin koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar apardığı testlər nəticəsində 36 mindən çox yoluxma olduğu aşkar edilib. Lakin xəstəliyi heç bir simptomu və şikayəti olmadan keçirənlər var ki, onlar təbii olaraq səhiyyə müəssisələrinə müraciət etməyiblər. Ona görə də xəstəliyi nə qədər vətəndaşın keçirib-keçirmədiyi məlum deyil. Seroloji testlərin aparılması həqiqi xəstəliyi keçirmə faizlərini ortaya çıxaracaq. Testlərin nəticələri COVID-19-la mübarizədə mərhələli şəkildə yumşalma prinsiplərinin tətbiqi və ya karantin rejiminin davam edib-etməməsi üçün ən optimal yanaşma imkanı verəcək. Məsələn, cənub bölgəsində seroloji testlərin nəticəsi əhalinin 80 faizinin xəstəliklə təmas edib immunitet qazandığını aşkar edibsə, həmin bölgə riskli bölgə sayılmayacaq. Deməli, həmin bölgədə mərhələli şəkildə yumşalmalara getmək olar və bu, yoluxma sayında artıma səbəb olmayacaq".

F.Sədiyev məktəblərin açılması məsələsinə toxunaraq bildirib ki, bununla əlaqədar bəzi planlaşdırmalar aparılır. Təhsil Nazirliyi bununla bağlı ciddi yanaşmalar hazırlayır. Uşaqların məktəblərdə nəzarətsiz şəkildə bir araya gəlməsi yoluxma sayını artıra bilər. Bu, ehtimal olunandır. Lakin qabaqcadan görülən tədbirlər - sosial məsafənin saxlanılması, dərs saatlarında sıxlığın və sinif otaqlarında şagirdlərin sayının azaldılması, tənəffüs vaxtının 15-20 dəqiqə deyil, 5-10 dəqiqə olması, respirator və şəxsi gigiyena qaydalarına əməl olunması, məktəb daxilində buna nəzarət sistemi kimi amillər yoluxma tendensiyasının qarşısını ala bilər. Valideynlərə payız-qış mövsümündə respirator xəstəliklərin artdığı vaxtda da evdən çıxmadan və evə daxil olarkən heç nəyə toxunmadan övladlarının əllərini yumasını təmin etmək tövsiyə olunur. Şübhəsiz ki, maarifləndirmə tədbirlərinin aparılması burada da çox əhəmiyyətlidir. Uşaqlara məktəblərdə hər zaman nəzarət etmək mümkün olmadığı üçün onlara yoluxma yolları və ondan qorunmaq üçün qaydalara əməl olunması aşılanmalıdır. Bunlara əməl etdikdə uşaqlar özlərini qoruya bilərlər.

Bəzi valideynlər apteklərdə satılan yuxarı tənəffüs yolları üçün istifadə edilən dəniz suları alır və uşaqlar qoruyucu məqsədlə bundan istifadə edirlər. Onu deyim ki, dəniz suyunun virusdan qorumaqda heç bir əhəmiyyəti olduğu göstərilməyib. Əksinə, ondan istifadə olunması selikli qişalarda digər problemlərin yaranmasına səbəb ola bilər. Əllərin sabunla yuyulması infeksion xəstəliklərdən 50 faizə qədər qoruya bilir. Bundan əlavə, maska taxmaq və sosial məsafə saxlamaq COVID-19-la yanaşı, digər respirator virus infeksiyalardan da qoruyur.

Xəstəliyə gənclər də, orta yaşlılar da, yaşlılar da yoluxa bilər. Uşaqların virusa yoluxmaması haqqında informasiya yoxdur, lakin onlarda xəstəliyin gedişatı yüngül olur. İndiyə qədər Azərbaycanda COVID-19-la əlaqədar uşaq ölümü və ağırlaşması qeydə alınmayıb. Uşaqlar xəstəliyi yüngül keçirsələr də, onun daşıyıcısı ola bilirlər. Virus artıb çoxalmaq üçün orqanizmdə müəyyən hüceyrələrdən, yəni reseptorlardan istifadə edir. Uşaqlarda xəstəliyin yüngül formada keçirilməsini onlarda həmin reseptorların inkişaf etməməsi, immun sisteminin tam formalaşmaması və virusa lazım olan bağlanma yerlərinin olmaması ilə əlaqələndirirlər".

Peyvəndlər barədə məlumat verən həkim-infeksionist deyib: “Xəstəliyi keçirən və immuniteti formalaşanlar peyvənd edilmirlər. Orqanizmin təbii yolla əmələ gətirdiyi anticisimlər var. Vaksinasiya xəstəliyi keçirməyənlərdə aparılır, lakin onun əks göstərişləri və yan təsirləri də ola bilir. Həmin halları müəyyən etmək üçün əvvəlcədən sınaq keçirilir. Növündən asılı olaraq müəyyən hədəf qruplarında və ya bütün əhali arasında aparılan vaksinlər var. Məsələn, qrip vaksini hər il oktyabrda, xüsusilə 65 yaşdan yuxarı, ağciyər, ürək-damar sistemi xəstəlikləri olanlar, hamilələr və azyaşlı uşaqlar arasında aparılır, çünki onlar qripi ağır keçirir və bəzən də faciəvi sonluqlarla üzləşirlər. Bəzi vaksinləri isə istəyə görə də aparmaq olar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib