Həkimlərə səyyar formada xidmət göstərilib
Bakı, 27 iyul, AZƏRTAC
Türkiyə Respublikasından ölkəmizə yeni növ koronavirus (COVID -19) infeksiyasının qarşısının alınması məqsədilə gələn rezident və həkim mütəxəssislər üçün Səyyar “ASAN xidmət” həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan “Yeni klinika”nın müraciəti əsasında 3 rezident həkimə səyyar formada şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti göstərilib.
1, 4 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzlərində isə 18 rezident və 10 həkim mütəxəssis üçün İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin “ASAN imza” sertifikatlarının və VÖEN-in alınması xidmətləri həyata keçirilib.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]