RƏSMİ XRONİKA
HELSİNKİ BEYNƏLXALQ HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Finlandiyaya rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və Finlandiyanın dövlət bayraqları ilə bəzədilmiş Helsinki beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Finlandiyanın yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla qarşıladılar.
Dövlətimizin başçısı hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.