HƏMAS-ın İsrailə hücumunun ildönümü ilə bağlı Romada təhlükəsizlik tədbirləri gücləndirilib
Roma, 6 oktyabr, AZƏRTAC
HƏMAS-ın İsrailə hücumunun ildönümü ərəfəsində İtaliyanın paytaxtı Romada təhlükəsizlik tədbirləri gücləndirilib.
AZƏRTAC xəbər verir ki, Romanın yəhudi gettosunda, eləcə də İsrail və yəhudi mədəniyyəti ilə bağlı digər həssas bölgələrin ətrafında təhlükəsizlik ən yüksək səviyyəyə qaldırılıb. Polis hazırda həmin ərazilərdə təhlükəsizliyi maksimum təmin etmək üçün xidmət aparır.
Təhlükəsizlik qüvvələri xəbərdarlıq səviyyəsinin yüksəldildiyini, sayıqlığın artırıldığını, ehtiyac yaranacağı təqdirdə, tədbirlərin daha da gücləndiriləcəyini açıqlayıb.
Qeyd edək ki, Romanın yəhudi gettosu Qərb dünyasının ən qədimi hesab olunur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]