Həmkəndlisini öldürən şəxs barədə cinayət işinin istintaqı yekunlaşıb
Bakı, 27 dekabr, AZƏRTAC
Sentyabrın 14-də Oğuz rayon, Mollalı kənd sakini Toğrul Kərimovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, istintaqla 1992-ci il təvəllüdlü Pərvin Məmmədovun həmkəndlisi Toğrul Kərimovu sentyabrın 11-də yaşadığı kəndin meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Pərvin Məmmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:16]
Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir
- 08.10.2026 [13:11]
Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq
- 08.10.2026 [12:22]
Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır
- 08.10.2026 [12:09]