HƏMRƏYLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 30-da Beynəlxalq Mətbuat Mərkəzində “Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Cəmiyyətin sədri Akif Kərimov, xalq yazıçısı Qılman İlkin, Prezidentin İcra Aparatının sektor müdiri Qafar Əliyev və başqaları dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın təşkilatlanması məsələsinə toxunmuş, ümummilli liderimiz Heydər Əliyevin dünya azərbaycanlılarının birləşməsində misilsiz xidmətlərini vurğulamışlar.
Tədbirdə cəmiyyətin illik hesabatı dinlənilmiş, 2006-cı ildə görüləcək işlərlə bağlı rəy və təkliflər verilmişdir.