Hepatitin hər bir növü ayrılıqda qaraciyərdə fərqli ağırlaşmalara səbəb olur
Qaraciyərdə hepatit deyildikdə ilk ağıla gələn viral “xroniki hepatit” olsa da, hepatit əslində bəzi amillərə görə qaraciyərin iltihabı olaraq dəyərləndirilir. Viral hepatitlər virusun növündən asılı olaraq hepatit A, hepatit B, hepatit C, hepatit D, hepatit E, Epstein-Barr virusunun yaratdığı hepatit və herpes virus hepatiti adlanır. Hər biri ayrılıqda qaraciyərdə fərqli ağırlaşmalara səbəb olur.
Hepatit A, E və Epstein-Barr virusu kimi virusların törətdiyi hepatitlərdə həftələr və ya aylar ərzində iltihaba səbəb olur və orqanizm virusa qarşı mübarizə aparır. Bəzi viruslardan medikamentoz müalicələr olunmadan da sağalmaq olur. Ancaq ağır proqnozla izlənilən viral infeksiyalarda medikamentoz müalicə qaçılmazdır.
Amma statistik olaraq günümüzdə raslaşdığımız B, C və D hepatitlərində xəstəlik kəskin və xroniki olaraq müşahidə olunur. Bu viruslar davamlı olaraq orqanizmdə qala bilər və gələcəkdə qaraciyərin sirrozuna səbəb ola bilərlər.
Hepatit B və hepatit C qan vasitəsilə ötürülür. Dırnaq çubuqları, diş fırçaları, dırnaq cilalayıcıları, akupunktur iynələri, manikür-pedikür materialları və ya stomatoloji praktikada istifadə olunan, lakin lazımi qaydada sterilizasiya olunmayan pirsinq və kəsici alətlərin ümumi istifadəsi. Xəstəlik doğuş zamanı anadan uşağa da keçə bilər. Hepatit B-nin alt qruplarından biri olan Hbe Ag antigeninin müsbət olduğu hallarda, doğuş zamanı heç bir tədbir görülməsə, virus vaginal yolla doğulan körpələrin 90 faizinə keçə bilər. Bu gənc xəstəliklər yüksək xroniki xarakter daşıyır və xroniki hepatit B xəstəliklərinə çevrilə bilər. Bu vəziyyət inkişaf etməmiş cəmiyyətlərdə nəsildən-nəslə doğuşdan yaranır və xəstəliklərin sayının artmasında mühüm rol oynayır.
Hepatit B və hepatit C viruslarının ötürülmə yolları eyni olsa da, onların xronikilik dərəcələri fərqlidir. İnsan nə qədər gəncdirsə, xronikilik dərəcəsi bir o qədər yüksəkdir. Doğuş zamanı anadan ötürülən virus yüzdə 90 nisbətində xroniki hala gələrkən, bu nisbət 5 yaşa qədər yüzdə 15-30, yetkinlərdə isə yüzdə 5-in altında müşahidə edilir. Hepatit B xəstələrində mikrob orqanizmə daxil olduqdan sonra ilk növbədə kəskin infeksiya yarana bilər. Bəzən kəskin vəziyyətdən xroniki dövrə keçməsi müşahidə olunur bəzən isə öz-özünə sağalma ilə də izlənilir. Yetkinlərdə virus orqanizmdən təmizləndikdən sonra xəstədə ona qarşı təbii immunitet yaranır və virus geri qayıtdıqda xəstəlik baş vermir. Hepatit B nadir hallarda kəskin mərhələdə ölümə səbəb olur. Hepatit C-də orqanizmin virusu məğlubetmə nisbəti yüzdə 15, xəstəliyin xroniki hala keçməsi isə yüzdə 85 ətrafındadır. Uşağın yeni formalaşan immun sistemi virusu tanımır və onunla mübarizə apara bilmir. Bütün virus infeksiyalarında olduğu kimi, zəiflik, halsızlıq, yorğunluq, ürəkbulanma, qusma, yüngül qızdırma və ishal kimi simptomlar bəzən göz ağlarında sarılıq və sidik rənginin qaralması ilə müşayiət oluna bilər.
Hepatit D yalnız hepatit B-yə qan vasitəsilə yoluxmuş insanlarda xroniki halda rast gəlinsə də viral infeksiyalar içərisində ən ağır proqnoza malik superinfeksiya olaraq dəyərləndirilir. Məqalə müəllifi: https://istanbulns.az/