Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həqiqətdən çəkinənlər: belçikalı hakim və iftira kampaniyasının yeni səhifəsi

Həqiqətdən çəkinənlər: belçikalı hakim və iftira kampaniyasının yeni səhifəsi

Avropanın bir sıra nəşrlərində Azərbaycana qarşı qarayaxma, ləkələmə kampaniyası, uydurmalar və iftiralar davam edir. İndi Belçikanın iki qəzeti qərəzli yazılar dərc edir. Həmin yazılarda Belçika Konstitusiya Məhkəməsinin hakimlərindən biri olan Jan-Pol Murman Azərbaycanla bağlı dediyi həqiqətə görə ittiham edilir. Avropanın KİV orqanları qəribə bir məntiqsizliklə J.-Pol Murmanı azərbaycanpərəst olmaqda günahlandırırlar. Onlar bu hakimin Xocalı soyqırımı, Ermənistanın təcavüzü və dünya ictimaiyyətinin laqeyd münasibətilə bağlı söylədiyi doğru fikirləri obyektiv qiymətləndirə bilmirlər. Sanki Qərbdə belə bir eyforiya var ki, Azərbaycanla əlaqəli müsbət nə deyilsə, təkzib olunsun. Bu isə heç bir hüquqi və mənəvi çərçivəyə sığmır. Bununla bağlı müəyyən analizlər aparmaq ehtiyacı yaranıb.

Murmanın obyektivliyi: kimlərə mane olur?

Azərbaycan əleyhinə təbliğat kampaniyasını müəyyən dairələr səngitmək istəmirlər. Avropanın bir sıra KİV-lərində Bakının ünvanına şər-böhtan, iftira atmaqda davam edənlər vardır. Onların son təzahürlərindən birinin üzərində dayanmaq istərdik. Çünki hiss olunur ki, bu işi təşkil edənlər daha dərinlərə baş vurmağa çalışırlar. Lakin bütün ittihamlar konkret faktlar qarşısında sabun köpüyü kimi dağılır.

“Azerbaijani Laundromat” adlı böhtan səciyyəli “araşdırma”nın “müəllif”lərindən olan Belçikanın “De Tijd” qəzeti və onunla qardaşlaşmış “L'Echo” qəzeti növbəti dəfə antiazərbaycan xarakterli məqalələr dərc ediblər. Onlara istinadən RTBF, “La Capitale”, “La Libre” nəşrləri də həmin mövzunu işıqlandırıblar. Mövzu isə Belçika Konstitusiya Məhkəməsinin 12 hakimindən biri olan Jan-Pol Murmanla əlaqəlidir. Bəs məhkəmədə yüksək vəzifə tutanlar sırasında olan bu hakimin “günahı” nədir? Nə qədər qəribə də olsa - Murman yalnız Azərbaycanla bağlı həqiqətləri deyib. Onun ağzından hansısa şişirtmə və ya tərəfkeşliyi ifadə edən söz çıxmayıb. Faktlara baxaq.

“My Azerbaijan” nəşrinə müsahibəsində J.-Pol Murman deyib: “Məsələn, mən necə razılaşa bilərəm ki, Belçikaya qonşu olan hollandlar mənim ölkəmdə hökmranlıq etsinlər? Holland mədəniyyətinə və xalqına bütün hörmətim daxilində sadə vətəndaş kimi mənə Hollandiyanın ölkəmə işğal etmək və mənim ölkəmin ərazisində hökumət qurmaq məqsədi ilə soxulması qətiyyən xoşuma gəlməzdi”.

Belçikalı hakim tamamilə bütün insanlara xas olan məqamlardan bəhs edir. Necə ki, bir belçikalı, yaxud alman, rus, ingilis, italyan və s. qonşu ölkənin gəlib onların vətənində hökmranlıq etməsini istəmir, azərbaycanlılar da istəmirlər. Bu, tamamilə təbii haqdır, hər kəsin ona hörmətlə yanaşması lazımdır. J.-Pol Murman bunu deyib. Burada əcaib, tərəfkeşliyi göstərən və ya hansısa ələalma varmı? Murman adi insanlıq borcunu yerinə yetirib - azərbaycanlıların da öz vətənlərini sevmək və qorumaq hüququnun olduğunu söyləyib!

Sonra. Beynəlxalq konfransların birində J.-Pol Murmanın çıxışından bir fraqment: “Xocalıda vəhşilik törədən kəslər müəyyənləşib, lakin artıq 20 ildir ki, bu məsələ üzrə heç bir qərar qəbul edilmir. Xocalı hadisələri ilə bağlı xüsusi beynəlxalq cinayət məhkəməsi yaratmaq zəruridir. Uyğun təcrübə vardır. Bu cür məhkəmələr Kosovo, Livan, İraq ilə əlaqədar yaradılıb. Bura beynəlxalq ekspertləri dəvət etmək lazımdır, təhqiqat aparmaq gərəkdir, uyğun qərarlar qəbul etmək lazımdır. Belə cinayətlər etmişləri axtarıb tapmaq və cəzalandırmaq lazımdır ki, bu, gələcəkdə təkrar olunmasın... Bütün dövlətlər və təşkilatlar ikili standartlar siyasətindən imtina etməlidirlər ki, hüquq və ədalət zəfər çalsın”.

İqtibas bir qədər uzun olsa da, çox maraqlı məqamlar vardır. J.-Pol Murman faktiki olaraq Azərbaycana qarşı olan təcavüzün əsas tərəflərini açıb. Eyni zamanda, beynəlxalq ictimaiyyətin bu məsələyə kifayət qədər diqqətli və obyektiv münasibət göstərmədiyini deyib. Bu da hüquq və ədalətin bərpa edilməsinə ciddi əngəldir. Həm də əgər indi Xocalı kimi cinayətləri törədənlər cəzalarını almasalar, buna oxşar soyqırımları dünyanın istənilən ölkəsində təkrarlana bilər. Dünya ictimaiyyəti, beynəlxalq qurumlar bunun qarşısını almaq üçün öncə ikili standartlardan imtina etməlidir.

Soros: yalan və qərəz əsirliyində

Bu fikirlərdə də qeyri-adi, yaxud tərəfkeşliyi ifadə edən bir müddəa belə yoxdur. Ancaq bir sıra dairələr möhkəm əl-ayağa düşüblər. Onlar fəal surətdə bu cür həqiqət söyləyənlərə qarşı çıxırlar. Burada maraqlı bir incəliyi də Jan-Pol Murman vurğulayıb. O, “De Tijd”ə verdiyi müsahibədə deyib ki, antiazərbaycan kampaniyası aparan 140 qeyri-hökumət təşkilatının hamısını Corc Soros maliyyələşdirir! Yəni bu prosesin arxasında konkret dairələr dayanır. Deməli, onların məqsədi həqiqəti demək deyil, Azərbaycana böhtan atmaq, onun haqqında yanlış fikirlər yaratmaqdır.

Məsələnin mahiyyəti də bu məqamla bağlıdır. Məlum dairələri J.-Pol Murmanın düz danışması qane etmir. Onlar ermənipərəst, islamofob mövqe tutmaqla, əslində, kim olduqlarını nümayiş etdirirlər. Həmin qruplar üçün Azərbaycanın əldə etdiyi hər bir nailiyyət böyük zərbədir. Çünki indiyə qədər danışdıqları yalanların üstü açılır.

Deyirdilər, Azərbaycan inkişaf edə bilməz, Avropa onunla əməkdaşlıq edə bilməz. Təcrübə sübut etdi ki, Qərb Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır. Demək olar ki, bütün sahələrdə Avropa ilə Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur. Hətta Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən biri kimi qəbul edilir.

Bundan başqa, Azərbaycan regional və qlobal miqyasda əməkdaşlıq formatlarını irəli sürür və geniş dəstək qazanır. Çinin həyata keçirdiyi “Yeni İpək Yolu” layihəsində Azərbaycan ciddi yer alır. Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq sferalarında Bakının iştirakı yüksək səviyyədədir.

Bütün bunları dünya görür və qiymətləndirir. Onların fonunda isə Azərbaycan öz haqqını daha yüksək səslə tələb edir. Təbii ki, bu prosesdə Azərbaycanla bağlı baş verənlərin düzgün dərk edilməsi mühüm şərtdir. J.-Pol Murman da bu istiqamətdə səmimiyyətlə işlər görür. O, sadəcə, Xocalı soyqırımı barədə dünyanın həqiqəti bilməsi və ona uyğun hərəkət etməsi zəruriliyini vurğulayır. Düşmənlər isə bunu qətiyyən qəbul etmirlər. Onlar Azərbaycan barədə həqiqətləri deyən istənilən adamı ləkələməyə hazırdırlar. Əsrlərlə Avropada ermənilərə belə bir pis ənənə formalaşdırmağa yardımçı olublar. İndi onun altını avropalıların özləri də çəkməkdədirlər.

Burada Corc Soros amili üzərindən sükutla keçmək mümkün deyildir. Əslində, bu işlərin altından məhz onun çıxması tamamilə gözlənilən bir məqamdır. Çünki C.Sorosun dövlətləri qarışdırmaq, onlar haqqında yalan informasiyalar yaymaq və bundan mənfəət götürmək sahəsində böyük təcrübəsi vardır. Bu adam Balkanlarda, Ukraynada, Yaxın Şərqdə, Asiya ölkələrində, Rusiyada və başqa yerlərdə çox bəd əməllərin sahibdir. “Rəngli inqilablar” adlanan bəlanın müəlliflərindəndir.

Belə görünür ki, C.Soros fəaliyyətində yeni mərhələ başladır. O, informasiya şantajı vasitəsilə ölkələri qarışdırmağa üstünlük verir. Özü də müsəlman ölkələrinə daha çox ziyan vurmağa cəhd edir. Hər bir halda Azərbaycana qarşı 140 qeyri-hökumət təşkilatını işlətməsi sadə fakt deyil. Bir tərəfdən bu, Azərbaycanın çox gücləndiyinin, dünya miqyasında nüfuzunun durmadan artdığının əlamətidir. Digər tərəfdən isə bu prosesə bir sıra dairələrin artıq böyük qısqanclıqla yanaşmasının göstəricisidir. Ayrıca onu da vurğulayaq ki, Azərbaycanın müsəlman ölkəsi olması da ona qarşı qərəzi daha da artırır. Bu kontekstdə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun maraqlı fikirləri vardır. Novruz Məmmədov ifadə edib:

“Təəssüf ki, bugünkü beynəlxalq aləmdə hüquqi nihilizm o dərəcəyə çatıb ki, qısqanclıq və paxıllıq hissi ilə alışıb yanan bəzi ölkələr, təşkilatlar, qurumlar, dairələr, mətbuat orqanları hər vasitə ilə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa, Qərb dünyası ilə münasibətlərimizi pozmağa, ölkəmizi tənqid və qınaq obyektinə çevirərək bütün dünyada gözdən salmağa cəhd göstərirlər. Bu çirkin niyyətlərini həyata keçirmək üçün isə hər vasitəyə əl atır, bütün imkanlardan istifadə etməyə, Soros kimilərin maliyyələşdirdiyi bədnam təşkilatların, yalan, iftira yaymağa meyilli olan mətbu orqanların “xidmətlərindən” yararlanmağa çalışırlar”.

Lakin bütün bunların Azərbaycanı yolundan döndərə biləcəyini düşünənlər böyük səhv edirlər. Yalan ayaq tutur, ancaq yerimir. Azərbaycan rəhbərliyi qətiyyətlə inkişaf kursunu həyata keçirməkdədir. Buna kimsənin şübhəsi olmasın. Avropalılara gəldikdə isə, onlar J.-Pol Murman kimi təmiz adamlarını xərcləməklə özlərini quyuya salırlar. Erməni yalanlarının əsrinə çevrilmək, yaxud C.Soros kimi dələduzların oyuncağı olmaq müsbət hal deyil. Ədalət yerini tapanda bütün bunlara görə utanacaqlar.

İnformasiya savaşına gəldikdə isə, Avropa qəzetlərinin bütün yalan və iftiralarının cavabını Jan-Pol Murmanın özü verib. O, bir müsahibəsində aydın dillə bildirib ki, bildiyi adi həqiqətləri dilinə gətirib. Kimsədən maddi bir şey almayıb. Məqsədi həqiqətin dünyada bilinməsidir. Vəssalam!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb