HƏQİQİ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ BAŞLAMIŞDIR
Respublika Hərbi Komissarlığından verilən məlumata görə, 20 gün davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borclarını yerinə yetirmək üçün əsgərliyə yollanacaqlar.
Xatırladaq ki, hərbi xidmətə 1988-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1971-1987-ci illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan gənclər çağırılacaqlar.