Hərbi Akademiyada “Sosial siyasət və onun milli gücə təsiri” mövzusunda mühazirə dinlənilib
Bakı, 30 mart, AZƏRTAC
Cari ilin tədris planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrləri tərəfindən silsilə mühazirələrin keçirilməsinə başlanılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, plana uyğun olaraq, Milli Məclisin deputatı, əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Hərbi Akademiyada şəxsi heyətlə görüşüb. “Sosial siyasət və onun milli gücə təsiri” mövzusunda mühazirə oxuyan deputat aparılan müzakirələrdə iştirak edib və dinləyiciləri maraqlandıran sualları cavablandırıb.