Hərbi dənizçilərlə qarşılıqlı davranış qaydaları ilə bağlı görüş keçirilib
Bakı, 3 oktyabr, AZƏRTAC
Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2018-ci il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə hərbi qulluqçulara qarşılıqlı davranış qaydaları və münasibətlərin nizamnamənin tələblərinə uyğun qurulması barədə brifinq təqdim olunub.
Görüş iştirakçıları mövzu ilə əlaqəli aktual məsələləri müzakirə edib və bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.