HƏRBİ HİSSƏDƏ TƏNTƏNƏLİ BAYRAM TƏDBİRİ KEÇİRİLMİŞDİR
Çıxış edənlər yüksək döyüş qabiliyyətinə malik ordumuzun işğal olunmuş torpaqlarımızı tezliklə azad edəcəyinə əmin olduqlarını bildirmişlər. Sonra xidmətdə fərqlənən zabitlərə hərbi rütbələr və Fəxri fərmanlar təqdim edilmişdir.
“Avanqard” şirkətinin rəhbərliyi əsgər və zabitlərə bir dəst kompyuter, 100 ədəd qol saatı və 100 ədəd üzqırxan aparatı hədiyyə etmişlər.
Hərbi orkestrin marş sədaları altında əsgərlər tribuna önündən keçmişlər. Bayram tədbiri incəsənət ustalarının çıxışları ilə başa çatmışdır.