HƏRBİ MƏKTƏBLƏRİN MÜDAVİMLƏRİ DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ AZADLIQ MEYDANINDAN HƏRBİ MARŞLA KEÇMİŞLƏR
Onlar hərbi orkestrin ifa etdiyi təntənəli marşın sədaları altında şəhərin Azərneft meydanından və Bülbül prospektindən keçərək, Azadlıq meydanına daxil olmuşlar. Sonra müdavimlər, zabitlər ali hərbi məktəblərin rəislərinin dayandıqları tribunanın önündən keçmişlər.
Azadlıq meydanında müdavimləri valideynləri, ölkəmizin müxtəlif ali məktəblərində təhsil alan yerli və türkiyəli tələbələr, eləcə də paytaxt sakinləri salamlamışlar.