Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi mövzuda yazan jurnalistlər üçün keçirilən təlim başa çatıb VİDEO

Bakı, 15 avqust, AZƏRTAC

Son illər Azərbaycan Ordusunda aparılan islahatlar nəticəsində Silahlı Qüvvələrimiz sürətlə inkişaf edir, ordumuzun maddi-texniki bazası gücləndirilir, hərbi qüdrəti artır. Bütün bunlar ordumuzun qələbə qazanacağı günün çox da uzaqda olmadığını deməyə əsas verir. Ordu haqqında cəmiyyətə dürüst, qərəzsiz informasiyaların verilməsi önəmli məsələlərdən biridir. Media cəmiyyətin inkişafında və formalaşmasında, ordu quruculuğu prosesinin işıqlandırılmasında mühüm rol oynayır. Məhz bu baxımdan hərbi mövzuda yazan jurnalistlərin peşəkarlığı son dərəcə mühüm əhəmiyyət daşıyır. “Dinc Dünya” Araşdırma Mərkəzinin həyata keçirdiyi və Müdafiə Nazirliyi tərəfindən dəstəklənən “Ekstremal jurnalistlərə təcrübə poliqonu təlimlərinin öyrədilməsi” (Jurnalistlərin ekstremal hallarda risklərdən çıxma öyrəncləri) layihəsi də bu baxımdan əhəmiyyətlidir.

AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il sentyabrın 24-də imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncama əsasən həyata keçirilir. Layihənin praktiki hissəsinin icrası iyulun 23-dən avqustun 13-dək iki qrup üzrə həyata keçirilib.

Azərbaycanda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ilk dəfə təşkil olunan və Müdafiə Nazirliyi tərəfindən dəstəklənən təlimlərin məqsədi təhlükəli vəziyyətlərdə, o cümlədən cəbhədən, döyüş yerindən, terror aktı baş verən ərazidən xəbər hazırlamağın hüquqi, təcrübi və psixoloji normativləri üzrə təlim keçmək, yəni hərbi mövzuda yazan jurnalistlərə bu sahədə davranış qaydalarını öyrətməkdir.

Layihə çərçivəsində ikinci təlim dəstəsi avqustun 7-dən 13-dək Şəmkir, Tovuz, Ağstafa rayonları ərazisində yerləşən hərbi hissələrdə müxtəlif təlimlər keçiblər. Jurnalistlər cəbhəyanı ərazidə yerləşən hərbi hissədə müdafiə nazirinin əmrinə əsasən günün nizam rejiminə qəbul olunublar. Onlar hərbi həyatın xidmət qaydaları ilə tanış edilib, təhlükəsizlik qaydaları barədə məlumatlandırılıblar. Bundan başqa, tağım, bölük, tabor komandirlərinin və digər rəislərin xidməti vəzifələrini, şəxsi heyət hazırlığının növlərini öyrəniblər.

Altı gün davam edən təlimlər beynəlxalq təcrübələrə əsasən, Dağlıq Qarabağın relyefinə uyğun planlaşdırılıb. Nazirliyin bazasında zabit-mütəxəssis heyəti tərəfindən keçirilən təlimlər zamanı jurnalistlər “Hərbi hissənin gündəlik xidmət rejimi”, “Hərbi təlim anlayışı”, “Əsgərin döyüş hazırlığı dərsləri”, “Hərbi həyatda baş verə bilən hadisələrin səbəbləri”, “Tabelikdə olanların (komandir-əsgər) tabelikdə olmayanların (əsgər-əsgər) münasibətləri”, “Nizamnamədənkənar davranışlar, mənfi liderlik (dedovşina) anlayışı”, “İntihar hallarının, sair cinayət olaylarının səbəbləri” mövzusunda təlim-mühazirələr dinləyiblər.

Bundan başqa, jurnalistlər cəbhəyanı ərazidə yay poliqon təlimində iştirak ediblər. Burada təhlükə zonasında zirehli texnikadan yararlanma tələblərini öyrənib, silahları tanıyıb, gün ərzində hərəkətdə olan zirehli texnikanın altında uzanmaq, üstündə oturmaq, içərisindən və üzərindən çəkiliş aparmaq, döyüş vaxtı texnikadan yararlanmaq tələblərini, reportaj hazırlama qaydalarını, silahdan atəş açıblar.

Hadisə yerinə fərqli relyeflərdə getmə qaydalarını öyrətmə mövzusunda keçirilən təlim günü jurnalistlərə səngərə - hadisə yerinə dağ relyefində yürümə qaydaları, səngərəqədərki yollarda rastlaşıla bilən maneələrdən keçmə üsulları, ətrafın müşahidəsi üçün mövqe seçilməsi tələbləri, yaralanarkən, xəstələnərkən vəziyyətdən çıxma, xilasolma tədbirləri, çöl şəraitində ac qalarkən təbiətdən qidalanma imkanları öyrədilib.

“Səngərdə davranma, istehkam qurğularından istifadə, döyüşçülərlə qarşılıqlı münasibətlərin tənzimlənməsi” mövzusunda təlimlər zamanı ön səngərdə gün ərzində döyüş prosesini izləmə, snayperdən, imitasiya vasitələrindən, gözlənilməz xəsarətlərdən qorunma, döyüşçülərlə ünsiyyət qaydaları, savaşın prinsiplərini anlama, məlumat alma və toplama bilgiləri keçilib. Həmin gün media nümayəndələrinə ovalıq relyefdə səngərə - təhlükəli zonaya getmə üsullarını, haqqında informasiya verilməli və ya verilməməli olan qurğunun, ərazinin taktiki xüsusiyyətləri öyrədilib. Bundan başqa, ön səngərdə ərazinin taktiki xüsusatları, təbii (meşələr, çaylar, göllər) qurğuların məsafəyə görə ölçülməsi, ərazinin topoqrafik elementləri, ərazidən keçilmə imkanı, ərazinin qoruyucu, müşahidə şəraiti, maskalayıcı vasitələrin, mühəndis təchizatı şəraiti, ilin fəsillərinə görə ərazinin taktiki xüsusiyyətləri, məsafənin müşahidə və s. üsulla ölçülməsi, gözəyarı məsafə təyinində tətbiq olunan üsullar, səsin yayılma sürətinə görə, dinləmə yolu ilə məsafənin təyin olunması öyrədilib.

KİV nümayəndələrinə, həmçinin hərbi obyektdə jurnalistlərin qarşılaşa biləcəkləri problemlərdən qorunma, lazımi informasiyanın verilməsi, jurnalistlərlə zabitlərin qarşılıqlı münasibətlərinin tənzimlənməsi, informasiya siyasətinin aparılması, hərbi sirrin qorunması tələbləri, informasiya verməkdə səriştəli olmaq, hərbi olaydan, obyektdən, silah və texnikadan yazıların məntiqinin düzgün şərtlənməsi üçün lazım olan söz, söz birləşməsi, frazeoloji birləşmələr, termin və abreviaturalar öyrədilib. Jurnalistlərin hərbi obyektdən toplamalı olduqları informasiyanı zabitdən, ümumiyyətlə döyüşçüdən necə alma qaydaları da təlimçilərə izah olunub.

Şəmkir rayonu ərazisində yerləşən təlim bazasında isə jurnalistlər minalanmış sahədə hərəkət qaydaları ilə tanış ediliblər. İştirakçılar cəbhəyanı kəndlərdə əhalidən xəbərin alınması və dəqiqləşdirilməsi metodları, ekstremal hallarda jurnalistlərin problemləri ayırd etmə, informasiyanın alınmasının qanuni tənzimlənməsi tələbləri, ön səngərdə baş verənlərlə əhali arasında yayılan xəbərin tutuşdurulması, əhalidən alınan xəbərin doğruluğuna etibar edilmə bilgilərini də öyrəniblər.

Təlimlər çərçivəsində jurnalistlər cəbhənin Tovuz rayonu istiqamətində ön xətdə olub, düşmən mövqelərini müşahidə edib, yerli sakinlərlə görüşüblər.

Uğurla icra olunan layihə çərçivəsində keçirilən təlim hərbi mövzuda yazan jurnalistlərin peşəkarlıqlarının artırılması, hərbi jurnalistlərin yetişdirilməsi baxımından mühüm addımdır.

Layihə rəhbəri Əlsəfa Mehdiyev KİV təmsilçiləri üçün ilk dəfə təşkil olunan təlimlərin ekstremal şəraitdə işləyən jurnalistlərin özlərini qoruması, cəmiyyətə düzgün informasiya çatdırılması baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, layihə çərçivəsində keçilən təlimlər hərbi sahəni işıqlandırmağın hüquqi, təcrübi və psixoloji normalarına, ekstremal jurnalistikanın qaydalar bazasının yaradılmasına, hərbi mövzuda yazan media nümayəndələrinin peşəkarlığının artırılmasına yönəlib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Müdafiə Nazirliyinin dəstəyi ilə reallaşan təlimdən əvvəl psixoloji testlərdən keçən hərbi sahədə yazan jurnalistlərin sırasından 40 nəfər təlimlər üçün seçilib. Seçilmiş jurnalistlərə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində seminar-təlim tədris olunub. Jurnalistlər təlim müddətində yemək, yataq, hərbi həkim və s. ləvazimatlarla təmin olunublar.

Layihəyə sentyabrda yekun vurulacaq.

Hərbi mövzuda yazan jurnalistlər üçün keçirilən təlim başa çatıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA