Hərbi paradla əlaqədar bəzi avtobusların hərəkət sxemi dəyişdiriləcək
Bakı, 13 sentyabr, AZƏRTAC
Hərbi paradla əlaqədar bəzi avtobusların hərəkət sxemi dəyişdiriləcək.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, 15 sentyabr - Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi paradla əlaqədar Neftçilər prospekti - Azneft dairəsi və ətraf küçələrdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Belə ki, sentyabrın 15-də səhər saatlarından mərasim tam başa çatanadək 1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 53, 59, 61, 65, 88, 120, 175, 205 və H1 (Hava limanı-28 may metrostansiyası ekspres xətti) marşrut xətləri üzrə avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək. 125 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar mərasim bitdikdən sonra sərnişinlərə xidmət göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]