Kürdəmir və İmişlidə yeni avtovağzal xidməti təşkil ediləcək
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 4-dən “Azerbaijan Ground Services” MMC tərəfindən Kürdəmir və İmişli rayonlarında yeni avtovağzal xidməti təşkil ediləcək.
AZƏRTAC Bakı Beynəlxalq Avtovağzal Kompleksinə istinadla xəbər verir ki, məqsəd bu rayonlardan paytaxta və ölkənin digər şəhər və rayonlarına sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir.
Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq.
Vətəndaşlar biletləri “biletim.az” portalı üzərindən onlayn qaydada və kassalardan əldə edə bilərlər. Yeni xidmətin təşkili sərnişin məmnunluğunun daha da artırılmasına xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]