Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi Prokurorluğun nümayəndə heyəti Minskdə beynəlxalq tədbirdə iştirak edib

Bakı, 21 noyabr, AZƏRTAC

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ölkəmizdəki nümayəndəliyinin rəsmi dəvəti əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndə heyəti Belarus Respublikasının paytaxtı Minskdə keçirilmiş beynəlxalq humanitar hüququn (BHH) implementasiyası üzrə altıncı regional seminarda iştirak edib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar 1949-cu il Cenevrə Konvensiyalarına Əlavə Protokolların qəbul edilməsinin 40-cı ildönümünə həsr olunub.

Tədbirdə Azərbaycandan əlavə Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan, Rusiya Federasiyası, Ermənistan və digər ölkələrin Ədliyyə, Xarici İşlər və Müdafiə nazirliklərinin nümayəndə heyətləri, habelə beynəlxalq təşkilatların ekspert qismində dəvət olunmuş şəxslər iştirak ediblər.

Seminarın açılış mərasimində çıxış edən Belarusun ədliyyə naziri Oleq Slijevski və BQXK-nin prezidenti Peter Maurer seminarın məqsədləri barədə məlumat veriblər.

Seminarda “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleyasının silahlı münaqişə və digər zorakılıq vəziyyətlərində səhiyyə xidmətinin müdafiəsi ilə bağlı tövsiyyələri: Milli səviyədə qəbulu və icrası” mövzusunda çıxış edən təşkilatın sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının katibi Yevgeniya Vladimirova Azərbaycan Respublikasının Hökuməti tərəfindən bu sahədə görülən işləri yüksək qiymətləndirib.

Müzakirələrdə Azərbaycan nümayəndə heyəti tərəfindən bildirilib ki, hələ 1991-ci il 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında “beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək” prinsip olaraq qəbul edilib. Bu baxımdan beynəlxalq hüquqla (həmçinin beynəlxalq humanitar hüquqla) əlaqədar sənədlərin qəbulu və onlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi, eyni zamanda, bununla bağlı xüsusi qanunların qəbulu və qanunvericiliyin həmin sənədlərlə uyğunlaşdırılması istiqamətində Azərbaycan Respublikasında vacib işlər həyata keçirilib.

Həmçinin bildirilib ki, 1993-cü ilin aprelində Azərbaycan Respublikası 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarını və “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasını qəbul edib. Bu sənədlərlə bağlı müvafiq qanunların qəbulu, aidiyyəti qanunlarda uyğunlaşmanın aparılması istiqamətində işlər görülüb. Buna misal olaraq, nümayəndə heyəti tərəfindən “Mülki şəxslərin müdafiəsi və hərbi əsirlərin hüquqlarının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında” və bu kimi, bir çox Azərbaycan Respublikasının qanunları göstərilib. Nümayəndə heyəti tərəfindən bu qanunların Ermənistan Respublikasının silahlı qüvvələri və Dağlıq Qarabağın qanunsuz silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən mülki əhalini məcburi köçürülmələri, yaşayış məntəqələrində maddi sərvətləri, tarixi mədəniyyət abidələrini dağıtmaları, soyqırım və digər ağır cinayətlər törətmələri nəzərə alınmaqla qəbul edilməsi seminar iştirakçıların nəzərinə çatdırılıb.

Bununla yanaşı, seminara dəvətə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlərin görülməsi nəticəsində yüzlərlə Azərbaycan vətəndaşının öz ailələrinə qovuşmalarına yardım etməsinə görə Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkür ifadə olunub.

Seminarın piyadalar əleyhinə minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan edilməsi barədə Ottava Sazişinin 20-ci ildönümünə həsr olunmuş hissəsində “Minaların səbəb olduğu nəticələr mühitində yaşam: sosial və iqtisadi nəticələr” mövzusunda çıxış edən BQXK-nin Ukraynadakı nümayəndəliyinin silahlarla mübarizə məsələləri üzrə nümayəndəsi Roberta Sarzano iştirakçı dövlətlərin nümayəndə heyətlərinin qarşısında quraşdırılmış monitorlarda dünya üzrə minalanmış əraziləri əks etdirən xəritəni nümayiş etdirərkən orada Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikası ərazisindən fərqli rənglə ayrılaraq “Nagorno Karabakh” kimi qeyd olunması nümayəndə heyətimizin diqqətini cəlb edib.

Nümayəndə heyəti tərəfindən Dağlıq Qarabağın bütün beynəlxalq hüquq normalarına əsasən Azərbaycan Respublikasının ərazisi kimi tanınması, ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini nəzərə alaraq, öz etirazını bildirməklə yanaşı, xəritədə müvafiq düzəlişlərin edilməsinin vacibliyi ekspert R.Sarzanonun diqqətinə çatdırılıb.

Bundan əlavə, belə halların aradan qaldırılmaqla, göstərilən xəritənin yuxarıda qeyd olunan şəkildə tərtib edilərək nümayiş etdirilməsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qəsd kimi qiymətləndirilməsinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin Baş Qərargahına çatdırılması ilə bağlı BQXK-nin ölkəmizdəki nümayəndəliyinin rəhbərinə rəsmi məktubla müraciət olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Abdulhakim Al Sənan: Üzeyir Hacıbəyli Azərbaycanın müasir musiqi kimliyini formalaşdırıb

Qarabağda son döyüş: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır

Prezident İlham Əliyevin TDT üçün irəli sürdüyü təhlükəsizlik doktrinası – TƏHLİL

Murad Hüseynov: I Türk Dünyası Bəstəkarları Qurultayı yaradıcı potensialları birləşdirməyə töhfə verən beynəlxalq əməkdaşlıq məkanıdır

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

Aktotı Raimkulova: Türk dünyasının musiqi diplomatiyası tarixində yeni səhifə açılır

Azərbaycanı təmsil edən idmançı İsveçdə ciu-citsu turnirinin qalibi olub

Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirilir

Azərbaycan və Özbəkistan arasında QHT sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Pekində Azərbaycan muğamı və Çin musiqisi bir səhnədə səslənib

Nazir müavini: IT əmək bazarının tələb və təklifi arasında böyük fərq var

ADPU-ya 500-dən yüksək balla qəbul olunanların 81 faizi dövlət sifarişi ilə təhsil alacaq

Bakıdakı avtobus sürücülərinin musiqi ifası Türkiyə mediasının diqqətini cəlb edib

Gəncədə dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Antiterror tədbirləri: DİN-in döyüş yolu

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı 31 nəfərə çatıb

Razi İbrahimov: Xocalı istiqamətində döyüşlər zamanı keçirdiyim hissləri heç vaxt unutmayacağam

Bir sutkada qazanılan tarixi Zəfər

Akademik Gövhər Baxşəliyeva: Onun yoxluğu ilə hələ də barışa bilmirik

® Gənc rejissor Ayan Məlikin “Layla” adlı filminin təqdimatı olub

Tramp: Polşa xarici təhdidlərin öhdəsindən gələ bilər

Tarixçi-şərqşünas: Aida xanımın nurlu xatirəsi mənə yol göstərməkdə davam edir

ADPU tələbələrinin 68 faizi ödənişsiz təhsil alacaq

Hörmüz boğazında gəmiçilik trafiki müharibədənəvvəlki səviyyədən 90 faiz aşağıdır

ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib

Tramp Si Cinpini hava limanında şəxsən qarşılayacaq

Barselona “The Earthshot Prize” ekoloji mükafatının finalçıları sırasına daxil olub

Aİ Finlandiya və Cənubi Afrika şirkətləri arasında 1,42 milyard avroluq müqaviləni bloklaya bilər

Almaniya ilk “F-35A” qırıcısını ABŞ-dən təhvil alıb

Kanada bu ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir

Keyn Bundesliqada 100 qol vuran ən sürətli futbolçu olub

Bundesliqa: “Bavariya” Münxendə “Union Berlin”i darmadağın edib

Tramp: ABŞ Qrenlandiyada təhlükəsizlik sahəsində daimi nəzarət əldə edib

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

Media: İranla münaqişədə ABŞ hərbçiləri arasında itkilər rəsmi rəqəmlərdən çoxdur

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

ABŞ husilərlə danışıqlar aparır

Yardımlıda açıq ərazidə yanğın baş verib

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO

“Arşın mal alan”la Akademik Musiqili Teatrda yeni mövsümə start verilib

Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli VİDEO

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli VİDEO

Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları” VİDEO

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları” VİDEO

Naxçıvanda Milli Musiqi Günü möhtəşəm konsertlə qeyd olunub

Babək rayonunda sahibkarlarla görüş: aqrar sahədə yeni Dövlət Proqramının icrası diqqət mərkəzindədir

Almaniya yanacaq qiymətlərinin azaldılması üçün ikimərhələli paket hazırlayır

Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edilib

Naxçıvanda Milli Musiqi Günü: “Arşın mal alan” tamaşası səhnələşdirilib

® “Rabitəbank” 32-ci filialını Bakıxanovda açdı

Şuşada Milli Musiqi Günü: Qarabağ Universitetinin kollektivi konsert proqramı təqdim edib

Azərbaycan hərbçiləri Koreyada beynəlxalq döyüş təlimi müsabiqəsində iştirak ediblər

Tarixin yaddaşını yaşadan alim: Səidə Əli qızının 80 illik yubileyi qeyd olunub

“PAŞA Bank” Naxçıvanda inşa olunan “Şəms-1” Günəş Elektrik Stansiyasına maliyyə vəsaiti ayırıb

AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

Dövlət Suverenliyi Günü Nizami rayonunda geniş ictimaiyyətin iştirakı ilə qeyd edilib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Bu saata olan əsas xəbərlər

Əkiz bacılar: Atamızın arzusu hər üç qızının BDU məzunu olmasıdır

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib VİDEO

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib VİDEO

Azərbaycan TDT-də həm platforma, həm təşəbbüskar, həm də etibarlı tərəfdaşdır - ŞƏRH

Ağcabədidə Milli Musiqi Günü: kitab və rəsm sərgisi, rəngarəng konsert proqramı

“Azərkosmos”da ISO standartları üzrə kənar audit uğurla tamamlanıb

Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən “Tanış yadlar” sərgisini təqdim edib

Robert Mobili: Məqsəd Alban kilsəsini saxtalaşdıraraq erməni kilsəsi adı ilə dünyaya tanıtmaq idi

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

Azərbaycanlı pianoçunun Varşavadakı konserti dinləyiciləri heyran edib

ADPU-CVU Peşəkar İnkişaf Təlimi liderlik dialoqu ilə yekunlaşıb

Sumqayıtda “PeşəFest-2026” layihəsinə başlanılıb

İqlim dəyişikliyi mövzusu nəqliyyat infrastrukturunda mühüm yer tutur - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalında fetal təbabət üzrə master-klas olub

Azərbaycanın Dövlət Suverenliyi: tarixi, hüquqi və siyasi aspektlər -elmi praktik tədbir

Türkiyə Milli Müdafiə Nazirliyi: Birlikdə güclü, birlikdə qətiyyətliyik

Gəncə–Daşkəsən regionunun toponimik sözlüyü hazırlanacaq

Sumqayıt” basketbol klubu türkiyəli mütəxəssislə danışıqlar aparır

Ailə tipli icmaəsaslı məktəbəqədər təlim qruplarına tərbiyəçi-müəllimlərin qeydiyyatına başlanılıb

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası VİDEO

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası VİDEO

Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib

AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub

Energetika naziri Laçında vətəndaşların müraciətlərini dinləyib

Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib

Davamlı sülhün təməli etimaddır - MƏQALƏ

Neftçalada dəyəri 5 milyon manat olan dövlətə məxsus müəssisə özəlləşdiriləcək

® KOICA-nın dəstəyi ilə həyata keçirilən layihəyə yekun vurulub

Bakı və Sumqayıtda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Saatlıda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyəti tarixində və peşəkar musiqi sənətinin inkişafında rolu - ŞƏRH

Azərbaycanın şahmat yığmalarından Olimpiadada növbəti qələbə

Laçında uşaqlar üçün tibbi müayinələr təşkil olunub

Türk dövlətləri arasında enerji və nəqliyyat dəhlizlərinin inkişafı iqtisadi inteqrasiyanı dərinləşdirəcək- RƏY

Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub

UNEC-də əlilliyi olan tələbələrin beynəlxalq təcrübə imkanları genişləndirilir

“Azərişıq” sədri Ağdamda vətəndaşlarla görüşüb

“Elektroenergetika və bərpaolunan enerji” Standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası olub

İqtisadiyyat nazirinin müavini Goranboyda vətəndaşlarla görüşüb

Sumqayıt Musiqi Kollecinin direktoru: Üzeyir Hacıbəylinin irsi milli musiqimizin təməlidir VİDEO

Sumqayıt Musiqi Kollecinin direktoru: Üzeyir Hacıbəylinin irsi milli musiqimizin təməlidir VİDEO

“Şahdağ” ES-də 5 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib

Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb