Həsən Ruhani: İran Vyanada aparılan danışıqları razılaşma əldə edilənə kimi davam etdirəcək
Tehran, 23 may, AZƏRTAC
İran Vyanada aparılan danışıqları razılaşma əldə edilənə kimi davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib. O bildirib ki, İranın iqtisadi inkişaf göstəriciləri onu deməyə əsas verir ki, sanksiyalar səmərəsiz olub. Sanksiyalara və koronavirus pandemiyasına baxmayaraq, ölkənin avtomobil sənayesi inkişaf istiqamətindən geridə qalmayıb. Bununla yanaşı, İran regionda benzin ixracatçısına çevrilib. Müqavimət iqtisadiyyatı öz müsbət təsirini göstəməkdədir.
İran Prezidenti bir daha bəyan edib ki, ABŞ İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv etməyə hazır olduğunu bildirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]