İQTİSADİYYAT
Həştərxandan soğan yüklənmiş ilk refrijerator konteynerləri Azərbaycana yola salınıb
Moskva, 28 fevral, AZƏRTAC
Həştərxandan soğan yüklənmiş ilk refrijerator konteynerləri Privoljskoye Dəmir Yolunun (RJD ASC-nin filialı) Kutum stansiyasından Azərbaycana yola salınıb.
AZƏRTAC xəbər verir ki, Privoljskoye Dəmir Yolunun rəsmi saytında bu haqda dərc edilmiş məlumatda deyilir: “Fevralın 8-də 350 tondan çox Həştərxan soğanı 14 refrijerator konteynerləri doldurulub. Bu yaxınlarda Türkiyədən rusiyalı istehsalçılar üçün göndərilmiş sitrus məhsulları həmin konteynerlərlə Həştərxana çatdırılıb”.
Həştərxan firma nəqliyyat xidməti agentliyinin rəsmi müavini Yelena Babenkonun sözlərinə görə, idxal edilmiş meyvələrin ikinci partiyası fevralın 11-də Kutum dəmiryol stansiyasında qəbul edilib. Gözlənildiyinə görə, yaxın günlərdə refrijerator konteynerlərinə soğan doldurulacaq və bu yük də Azərbaycana göndəriləcək.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə intermodal daşımaların müntəzəm xarakter alacağı planlaşdırılır.
Materialda qeyd edilir ki, mart ayında Həştərxandan Gürcüstana soğan göndərilməsi nəzərdə tutulur. Gələcəkdə Həştərxandan bazarda tələbat olan başqa məhsulların da göndərilməsi istisna edilmir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva