“Heydər Əliyev İli” çərçivəsində Cəlilabadda ağacəkmə aksiyası keçirilib
Cəlilabad, 13 mart, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Heydər Əliyev prospekti boyunca 500-dən çox şam ağacı əkilib.
Aksiyada yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyasının əsas məqsədi ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.
Qeyd edək ki, aksiyada rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının əməkdaşları, idarə, müəssisə, ictimaiyyət nümayəndələri, eləcə də rayon sakinləri iştirak ediblər.