“Heydər zirvəsi” yürüşünün iştirakçıları ulu öndərin və şəhidlərin xatirəsini yad etmişlər
Bakı, 7 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə təşkil olunmuş növbəti yürüşün iştirakçıları mayın 7-də Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət etmiş, Səhidlər Xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini yad etmiş, daha sonra “Heydər zirvəsi”nə yola düşmüşlər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının, Gənclər və İdman Nazirliyi birgə təşkilatçılığı ilə keçirilən yürüşə tanınmış alpinist Saridan Mursaqulov rəhbərlik edir. Bu yürüşə federasiyanın nəzdində yaradılmış 15-dək klubun fəalları, o cümlədən respublikamızın müxtəlif təşkilat və ali məktəblərindən 130-dək könüllü də qoşulmuşdur.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin ad günü ərəfəsində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə təşkil olunan yürüş artıq ənənəyə çevrilmiş və respublikanın müxtəlif bölgələrindən bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir ki, bu da ulu öndərin xatirəsinə xalqımızın böyük ehtiramının parlaq nümunəsidir.
######
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:57]
Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]


