Heyvandarlıq məhsulları istehsalı 3,5 faiz artıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında diri çəkidə 424,5 min ton ət, 1682,9 min ton süd, 1662,7 milyon ədəd yumurta, 15,1 min ton yun, 357 ton barama istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ət istehsalı 3,2 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 11,9 faiz, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3 faiz azalıb. Kənd təsərrüfatının ümumi məhsulu 3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,5 faiz, bitkiçilik məhsulları istehsalı 2,5 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:54]
Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
- 12.06.2026 [17:38]
Ağsuda vətəndaşların müraciətləri dinlənilib
- 12.06.2026 [17:13]
Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub
- 12.06.2026 [16:45]
Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur
- 12.06.2026 [16:25]