İQTİSADİYYAT
Hindistan vətəndaşının diş məcunu qabında narkotik vasitə keçirməsinin qarşısı alınıb
Bakı, 26 noyabr, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev Aeroportunun 1-ci terminalının gəliş zalında Dehli-Bakı aviareysi ilə gələn Hindistan vətəndaşına məxsus çamadana gömrük yoxlaması tətbiq edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı diş məcunu qabının içərisində gömrük nəzarətindən gizlədilən 32,150 qram narkotik vasitə - tiryək aşkar edilib. Faktla bağlı araşdırma aparılır.