Hindistanda avtobus qəzası nəticəsində azı 17 nəfər həlak olub

Bakı, 9 iyun, AZƏRTAC
Hindistanın şimalında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 17 nəfər həlak olub, beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC PTI agentliyinə istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi ötən gün axşam saatlarında Uttar-Pradeş ştatının Kisan Naqar yaşayış məntəqəsi rayonunda baş verib. Yerli polisin məlumatına görə, toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsi aşıb. Avtobusun 17 sərnişini hadisə yerində həlak olub.
Hindistanın Baş naziri Narendra Modi qəza ilə əlaqədar başsağlığı verib və həlak olanların ailələrinə və yaralılara maddi yardım göstərilməsini tapşırıb.
Qeyd edək ki, avtomobil yollarında sıxlıq, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ciddi yol-nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.07.2025 [21:57]
Tramp: ABŞ Kiyevi Avropanın ödədiyi böyük həcmdə silahla təmin edəcək
- 14.07.2025 [20:29]
Avropa İttifaqı ABŞ məhsullarına qarşı yeni rüsumların siyahısını hazırlayır
- 14.07.2025 [20:14]
London yaxınlığındakı təyyarə qəzasında dörd xarici vətəndaş həlak olub
- 14.07.2025 [20:11]
Tramp Rusiyanı yüksək tariflərlə təhdid edib
- 14.07.2025 [20:04]