Hindistanda həkimin qətli ilə bağlı böyük tətil gözlənilir
Bakı, 16 avqust, AZƏRTAC
Hindistan Həkimlər Assosiasiyası şənbə gününə ümummilli tətil elan edib və ölkə daxilindəki bir milyondan çox həmkarından staj keçən həkimin vəhşicəsinə zorlanmasına və öldürülməsinə etiraz etmək üçün aksiya vaxtı əsas xidmətlərin göstərilməsini istəyib. Tətilin son vaxtlar baş verən ən böyük analoji aksiya olacağı gözlənilir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 31 yaşlı qadın həkim ölkənin şərqindəki Kəlküttə şəhərində işlədiyi tibb kollecində ölü tapılıb. Bu alçaq cinayətdə şübhəli bilinən könüllü artıq saxlanılıb.
Qadınlara qarşı artan zorakılığın qarşısını almaq üçün sərt qanunların işləməməsi səbəbindən yaranan ictimai qəzəb həkimlərin və qadın qruplarının etirazlarına səbəb olub.
Bollivud aktyorları, digər məşhurlar və siyasətçilər cinayətkarların daha sərt cəzalandırılmasını tələb ediblər.
2012-ci ildə hərəkətdə olan avtobusda 23 yaşlı tələbə qızın qrup şəklində zorlanmasından sonra tətbiq edilən daha sərt cəza növü cinayət ədliyyə sistemindəki əsas dəyişikliklərdən biri olub. Həmin cinayət də böyük etirazlara və qəzəb dalğasına səbəb olub, amma fəallar o vaxtdan bəri çox az şeyin dəyişdiyini deyirlər.