Hindistanda hərbi sursat zavodunda partlayış baş verib, azı səkkiz nəfər ölüb
Bakı, 24 yanvar, AZƏRTAC
Hindistanın qərbindəki Maharaştra ştatında hərbi sursat fabrikində baş vermiş güclü partlayış nəticəsində azı səkkiz nəfər ölüb, yeddi nəfər yaralanıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, dağıntılar arxasında qalanların xilas edilməsi üçün hadisə yerinə dərhal fövqəladə hallar xidmətinin qüvvələri göndərilib. Bildirilib ki, partlayışın səsi 5 kilometr radiusdan eşidilib.
Təhlükəsizlik qüvvələri partlayışın başvermə səbəblərini araşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]