DÜNYA
Hindistanda qaçaqmalçılıq yolu ilə gətirilən beş ton narkotik vasitə ələ keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Hindistanın təhlükəsizlik qüvvələri Andaman dənizində təxminən beş ton narkotik vasitə daşıyan balıqçı gəmisini yaxalayıb.
AZƏRTAC xəbər verir ki, Hindistan Müdafiə Nazirliyinin bəyanatına əsasən, narkotik qaçaqmalçılığının qarşısını almaq üçün həyata keçirilən əməliyyata Sahil Mühafizə Xidməti və Hərbi Dəniz Qüvvələri cəlb olunub.
Bir müddət öncə ölkənin qərbində yerləşən Qucarat ştatı sahillərində təhlükəsizlik qüvvələri 700 kiloqram metamfetamin daşıyan gəmini ələ keçirmişdi.
ANI agentliyinin məlumatına görə, əvvəllər analoji dəniz əməliyyatları nəticəsində 3500 kiloqrama yaxın müxtəlif narkotik və psixotrop maddələr müsadirə edilib. Həyata keçirilən üç əməliyyat zamanı, həmçinin 11 nəfər İran və 14 nəfər Pakistan vətəndaşı saxlanılıb.