Hindistanda şiddətli istilər 34 nəfərin ölümünə səbəb olub
Bakı, 17 iyun, AZƏRTAC
Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında şiddətli istilər səbəbindən son iki gün ərzində 34 nəfər həyatını itirib.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, ölənlərin hamısı 60 yaşdan yuxarı insanlardır. Həkimlər həmin yaş qrupundan olan insanlara gündüz vaxtı evdən çıxmamağı tövsiyə edib. Hindistan meteorologiya xidməti ştatın Balliya dairəsində normadan 4,7 dərəcə çox - 42,2 dərəcə hərarət qeydə alındığını bildirib.
Anomal istilər bütün ştat ərazisinin elektrik təminatında problemlərə səbəb olub. Hakimiyyət orqanları sakinləri enerjini qənaət işlətməyə çağırıb.
Aprel ayından etibarən Hindistanın böyük hissəsində güclü istilər başlayır. Region mayda temperaturun enməsinə səbəb olan Musson yağışlarının təsirinə məruz qalır. Lakin meteoroloqlar Hindistanda hərarətin hər il daha da artdığını müşahidə edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]