Hitrou hava limanının mənfəətində kəskin artım qeydə alınıb
London, 26 fevral, AZƏRTAC
Böyük Britaniyanın Hitrou hava limanında ötən il qeydə alınan rekord sərnişin axını fonunda illik mənfəətində də kəskin artım olub.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, hava limanının sahibləri 2024-cü ildə 917 milyon funt sterlinq vergiöncəsi mənfəət əldə etdiklərini açıqlayıblar.
Bu, 2023-cü ildəki 701 milyon funt sterlinqlik mənfəətlə müqayisədə 31 faiz artım deməkdir. Bildirilib ki, 2024-cü ildə Hitrou hava limanından 83,9 milyon sərnişin istifadə edib ki, bu da ötən illə müqayisədə 6 faiz çoxdur.
Xatırladaq ki, Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz ötən ay etdiyi çıxışda Hitrou hava limanın üçüncü uçuş-enmə zolağı layihəsinə dəstək verdiyini bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:16]
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
- 30.09.2026 [11:46]
Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb
- 30.09.2026 [11:30]