Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 8 nəfər Latviyada təhsil alacaq
Bakı, 29 avqust, AZƏRTAC
Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, 2023-2024-cü tədris ili üzrə 8 azərbaycanlı “Latviya dövlət təqaüdü”nə layiq görülüb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, seçim barədə Latviya Respublikası tərəfindən verilən yekun qərar nəticəsində sözügedən 8 nəfər bu ölkənin Riqa Texniki Universiteti, Latviya Universiteti və Turība Universitetində təhsil hüququ qazanıb. Onlardan 6 nəfəri magistratura, 2 nəfəri isə doktorantura səviyyələri üzrə biznes və idarəetmə, kompüter elmləri, mühəndislik, səhiyyə, sosial və davranış elmləri ixtisaslarında təhsil alacaq.
Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünü qazanan 23 ölkə üzrə Azərbaycan ilk üçlükdə yer alır. Müvafiq təqaüd proqramı barədə 2023-cü il aprelin 1-də elan verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]