Husilər Ədən körfəzində ABŞ-a məxsus gəmilərə qarşı hərbi əməliyyat elan ediblər
Bakı, 25 yanvar, AZƏRTAC
Yəmənin “Ənsar Allah” hərəkatından olan husi üsyançıları Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə qarşı hərbi əməliyyat elan ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyanın teleqram kanalında yayımladığı bəyanatda deyilir.
"Bu gün Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ-ın bir neçə esminesi və döyüş gəmisi ilə toqquşma baş verdi. Bu gəmilər ABŞ-ın iki ticarət gəmisini mühafizə edirdi. Əməliyyat nəticəsində ABŞ-ın hərbi və iki ticarət gəmisi birbaşa vuruldu və geri çəkilməyə məcbur edildi”, - deyə o vurğulayıb.
Məlumata görə, iki saatdan çox davam edən toqquşmada husilər bir neçə ballistik raketdən istifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [23:23]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]