İçərişəhərdə ilk numizmatik ekspozisiya açılır
Bakı, 17 may (AZƏRTAC). Mayın 18-də İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan Çin Məscidində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə və 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş ilk numizmatik ekspozisiya açılacaqdır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, ekspozisiyaya daxil olan sikkələr eramızdan əvvəl IV əsrdən eramızın XIX əsrin birinci yarısınadək böyük bir dövrü əhatə edir. Burada pula qədər istifadə olunan əmtəə mübadilə vasitələrini, Azərbaycan ərazisində yerləşən dövlətlərin və bu dövlətlərlə iqtisadi əlaqələri olan bir çox xarici dövlətlərin sikkələrini görmək mümkün olacaqdır.
Sərgilənən sikkələrin böyük hissəsi İçərişəhərdə müxtəlif dövrlərdə aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmişdir. Bununla yanaşı, Azərbaycan zərbxanalarının və Azərbaycan sikkələrinin yayılma arealını göstərən iki xəritə təqdim olunacaqdır.
“Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a uyğun olaraq Çin Məscidində təmir bərpa işləri yenicə başa çatdırılmış, abidə möhkəmləndirilmiş və fasadı tarixi görkəminə qaytarılmışdır.
“Şirvanşahlar Sarayı Kompleksi” yaxınlığında yerləşən Çin Məscidinin fasadı üzərində yerləşən еpiqrаfik kitabəyə əsasən məscid 1375-ci ildə Fəzlullаh İmаm Оsmаn Şirvаni оğlunun vəsiyyəti ilə inşа оlunmuşdur. Xalq etimologiyasına görə məscidin “Çin” adını alması bu məscidə gələn insanların arzu və diləklərinin çin olması faktı ilə əlaqədardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]