İcraçı direktor: Azərbaycanda yüksəksürətli internetlə təmin olunmuş təsərrüfatların sayı 3 milyona çatıb
Bakı, 10 mart, AZƏRTAC
Son 4 ildə Azərbaycanda sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılıb, internetlə təmin olunmuş təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev “Rəqəmsallaşmada yeni mərhələ” tədbirində çıxışı zamanı deyib.
“Bu gün ölkəmizin rəqəmsal transformasiya yolunda atdığı ən vacib addımlardan biri “Onlayn Azərbaycan” layihəsi olub. Bu layihənin əsas hədəfi ölkədə hər kəsin internetə və rəqəmsal texnologiyalara çıxışını təmin etməkdir. Rəqəmsal texnologiyalar dünyamızı kökündən dəyişdirir. “Onlayn Azərbaycan” insanların, cəmiyyətlərin rifahı və inkişafı, eləcə də planetimiz üçün böyük faydalar təklif edir. Bu texnologiyalar dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sürətlənməyə imkan yaradır”, - deyə Ş.Babayev əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası
- 09.06.2026 [16:21]
® Qızıl kreditini bu banka gətirənlərə endirim var
- 09.06.2026 [16:17]
Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb
- 09.06.2026 [15:58]
Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb
- 09.06.2026 [14:37]