IDEA Ətraf Mühit Kampaniyası növbəti ölkə miqyaslı maarifləndirmə layihəsini yekunlaşdırmışdır
Bakı, 23 oktyabr (AZƏRTAC). Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci il iyulun 11-də başlanmış Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - IDEA növbəti ölkə miqyaslı ekoloji maarifləndirmə layihəsini uğurla başa çatdırmışdır.
AZƏRTAC xəbər verir ki, 2012-ci il sentyabrın 24-də başlanmış “IDEA Yaşıl Azərbaycan naminə” layihəsi dörd həftə davam etmişdir. Əvvəlcədən nəzərdə tutulduğu kimi, dörd istiqamətə səfər edən yaşıl təlimçilər hər həftə beş rayonda təlim keçmişlər. Azərbaycanın 20 rayon və şəhərini əhatə edən layihə çərçivəsində ümumilikdə 40 məktəbdə seminarlar təşkil edilmişdir.
“IDEA Yaşıl Azərbaycan naminə” layihəsinin başa çatması ilə əlaqədar oktyabrın 24-də “Trend” informasiya agentliyində mətbuat konfransı keçiriləcəkdir. Mətbuat konfransında layihə çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat veriləcək, fəallar mükafatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]